ABŞ qızılca xəstəliyi səbəbindən Əfqanıstandan təxliyəni dayandırıb

ABŞ qızılca xəstəliyi səbəbindən Əfqanıstandan təxliyəni dayandırıb ABŞ qızılca xəstəliyi səbəbindən Əfqanıstandan təxliyəni dayandırıb.
Digər ölkələr
11 Sentyabr , 2021 06:53
ABŞ qızılca xəstəliyi səbəbindən Əfqanıstandan təxliyəni dayandırıb

ABŞ qızılca xəstəliyi səbəbindən Əfqanıstandan təxliyəni dayandırıb.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat yayıb.

Psakinin dediyinə görə, Əfqanıstandan təxliyə edilənlər arasında 4 nəfər qızılca xəstəliyinə tutulub.

"Uçuşlar tibbi nəzarət məntəqəsinin tələbi ilə müvəqqəti olaraq dayandırılır", - Psaki əlavə edib.

Xatırladaq ki, Əfqanıstandan ABŞ-a sonuncu reys dünən təşkil olunub və daha 21 nəfər ABŞ-a yola salınıb.

Son xəbərlər

Orphus sistemi