Yuxarı

ABŞ qiyam təşkilatçılarının məsuliyyətə cəlb olunmasında Türkiyəyə kömək edəcək

Barak Obama bu məsələdə Türkiyə ilə birgə işləyəcəklərini bildirib

Bakı. 4 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Vaşinqtonun baş tutmayan dövlət çevrilişi təşkilatçılarının məsuliyyətə cəlb olunması üçün Ankaraya kömək edəcəyinə dair Türkiyəyə vəd verib.

"Report" xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.

"Mənim administrasiyam dövlət çevrilişi cəhdinə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə verilməsinə nail olmaq üçün Türkiyə ilə işləycək", - deyə Obama Xançjouda G20 sammiti "meydanları"nda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi