ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi ABŞ hərbçiləri qitələrarası “Minuteman III” ballistik raketi sınaqdan keçirib.
Digər ölkələr
30 Oktyabr , 2020 04:59
ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi

ABŞ hərbçiləri qitələrarası “Minuteman III” ballistik raketi sınaqdan keçirib.

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının məlumatında deyilir.

"Bu səhər bizim döyüş hazırlığımızı və strateji dözümlülüyümüzü göstərən silahsız “Minuteman III” qitələrarası ballistik raket sınaqdan keçirilib", - xəbərdə deyilir.

Raket Kaliforniya ştatının cənubundan Sakit okeandakı poliqona buraxılıb.

Mərmi 6 760 kilometr məsafəyə uçub və Sakit okeanda Kvadjaleyn mərcan adasına çatıb.

Sınaq uğurlu hesab edilib.

Son xəbərlər

Orphus sistemi