Yuxarı

ABŞ Qətər və Küveytə 64 qırıcı təyyarənin satılması barədə qərar qəbul edib

Bu sövdələşmənin dəyəri 7 milyard dollardır

Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyi Qətər və Küveytə 7 milyard dollarlıq qırıcı təyyarələrin satılması barədə qərar qəbul edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ABŞ bu qərardan sonra Qətərə 4 milyard dollarlıq 36 "F-15", Küveytə isə 3 milyard dollarlıq 28 "F/A18 Super Hornets" qırıcı satacaq.

Məlumata görə, rəsmi Vaşinqton bir müddət əvvəl "Boeing" şirkətinin istehsalı olan "F-15" və "F/A-18" qırıcı təyyarələrini həmin ölkələrə satmaqda tərəddüd edirdi.

Qeyd edək ki, tərəflər arasında bununla bağlı razılıq iki il əvvəl əldə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi