ABŞ Qazaxıstandan 49 illiyinə torpaq icarəyə götürəcək

ABŞ Qazaxıstandan 49 illiyinə torpaq icarəyə götürəcək Qazaxıstan Almatıda torpaq sahəsini 49 il müddətinə ABŞ hökumətinə icarəyə verəcək.
Digər ölkələr
22 Yanvar , 2025 14:02
ABŞ Qazaxıstandan 49 illiyinə torpaq icarəyə götürəcək

Qazaxıstan Almatıda torpaq sahəsini 49 il müddətinə ABŞ hökumətinə icarəyə verəcək.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Qazaxıstan Məclisinin deputatları tərəfindən baxılmağa qəbul edilib.

Saziş 2024-cü il sentyabrın 27-də Nyu-Yorkda imzalanıb, lakin qüvvəyə minməsi üçün Qazaxıstan və Birləşmiş Ştatların qanunverici orqanları tərəfindən ratifikasiya edilməlidir.

ABŞ icarəyə götürülən 70 min kvadratmetr sahədə konsulluq binasının inşasını planlaşdırır.

Son xəbərlər

Orphus sistemi