ABŞ Qanaya 139 milyon dollar maliyyə yardımı ayıracaq

ABŞ Qanaya 139 milyon dollar maliyyə yardımı ayıracaq ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Qanaya 139 milyon dollar məbləğində yeni yardım paketi ayırmağı planlaşdırır.
Digər ölkələr
27 Mart , 2023 13:42
ABŞ Qanaya 139 milyon dollar maliyyə yardımı ayıracaq

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Qanaya 139 milyon dollar məbləğində yeni yardım paketi ayırmağı planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Qanaya səfəri münaqişələrin qarşısının alınmasının dəstəklənməsi, iqtisadi inkişafın təşviqi, innovasiyalar və regional inteqrasiya daxil olmaqla, bir sıra məsələlər üzrə əlaqələrimizi və əməkdaşlığımızı təsdiqləyir. ABŞ Prezidentinin administrasiyası ölkələr arasındakı ikitərəfli əməkdaşlığı dəstəkləmək niyyətindədir. ABŞ 2024-cü maliyyə ilində Qanaya 139 milyon dollar məbləğində maliyyə yardımı göstərməyi planlaşdırır”, - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi