ABŞ Qabona 80-ə yaxın hərbçi göndərib

ABŞ Qabona 80-ə yaxın hərbçi göndərib Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ Konqoda vəziyyətin kəskinləşməsi fonunda Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün qonşu Qabona 80-ə yaxın hərbçi göndərib.
Digər ölkələr
5 Yanvar , 2019 04:57
ABŞ Qabona 80-ə yaxın hərbçi göndərib

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ Konqoda vəziyyətin kəskinləşməsi fonunda Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün qonşu Qabona 80-ə yaxın hərbçi göndərib.

"Report" RİA "Novostiyə" istinadən verdiyi məlumat verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Konqresin rəhbərliyinə ünvanladığı və Ağ Ev tərəfindən yayılan məktubda deyilir.

"Təxminən 80 hərbçinin yerləşdirilməsi Konqo Demokratik Respublikasında dekabrın 30-da keçirilmiş seçkilərlə əlaqədar orada başlaya və zorakılıqla müşayiət oluna biləcək nümayişlərə cavabdır. Hərbi kontingentin birinci hissəsi Qabona yanvarın 2-də zəruri silahlarla və hərbi aviasiyanın dəstəyi ilə gəlib", - deyə Tramp yazıb.

Onun sözlərinə görə, lazım gələrsə, Qabona və ya Konqoya əlavə qüvvələr göndərilə bilər. Hərbçilərin Qabonda qalması vəziyyətin onların burada olmasını tələb etməyəcəyi vaxta qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi