Yuxarı
    Bağlamaq

    ​ABŞ prezidentliyinə namizəd olmaq istəyənlərin sayı bir nəfər azalıb

    Corc Pataki siyasi yarışmadan geri çəkilib

    Bakı. 30 dekabr. REPORT.AZ/ ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olmaq istəyən Corc Pataki siyasi yarışmadan geri çəkilib.

    "Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

    "Bu axşam prezidentlik uğrunda mübarizəni dayandırarkən, doğru seçim edəcəyinizə əminəm. Bizi bir araya gətirə biləcək siyasətçiləri başa düşən, insanların ağası deyil, xidmətçisi olacaq birini seçəcəksiniz. ABŞ-ın gözəl günləri hələ qabaqdadır",- deyə Corc Pataki vurğulayıb.

    O,1995-2006-cı illərdə Nyu-Yorkun valisi olub. 65 yaşlı Pataki terrorçu İŞİD-ə qarşı mübarizə üçün ABŞ-ın İraqa quru qoşununu göndərməsinin vacibliyini söyləmişdi.

    Qeyd edək ki, Corc Pataki geri çəkiləndən sonra Respublikaçılar Partiyasından prezidentliyə namizdliyə iddiaçıların sayı 11 nəfərə düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi