ABŞ prezidentliyinə iddiaçı: "Əgər istəsəm seçkini satın alaram"

ABŞ prezidentliyinə iddiaçı: "Əgər istəsəm seçkini satın alaram" Donald Tramp: "Doğrudan da bu, ədalətli sistem deyil"
Digər ölkələr
21 Aprel , 2016 13:09
ABŞ prezidentliyinə iddiaçı: Əgər istəsəm seçkini satın alaram

Bakı. 21 aprel. REPORT.AZ/ "ABŞ-ın seçki sistemi elə bərbad haldadır ki, əgər istəsəm seçkini satın alaram".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə iddiaçı Donald Tramp ABŞ-ın İndianapolis ştatında tərəfdarları ilə görüşdə deyib.

"Mən seçkini bir neçə dəfə satın ala bilərəm. Mənə inanın. Məncə, bu seçki sistemi çox bərbaddır. Doğrudan da bu, ədalətli sistem deyil", - deyə amerikalı milyarder tərəfdarları ilə görüşündə bildirib. 

Qeyd edək ki, bu il noyabrın 8-də ABŞ-da növbəti prezident seçkisi keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi