Sorğu: ABŞ Prezidentinin reytinqi 40 faizdən aşağı düşüb

Sorğu: ABŞ Prezidentinin reytinqi 40 faizdən aşağı düşüb Amerikalıların 47%-i Prezident Cozef Baydenin fəaliyyətindən narazıdır.
Digər ölkələr
18 İyun , 2022 02:11
Sorğu: ABŞ Prezidentinin reytinqi 40 faizdən aşağı düşüb

Amerikalıların 47 %-i Prezident Cozef Baydenin fəaliyyətindən narazıdır.

"Report" "The Hill"ə istinadən xəbər verir ki, bunu "USA TODAY-Suffolk" sorğusunun nəticələri təsdiqləyir.

Baydenin amerikalılar arasında bəyənmə reytinqi 39 %-ə düşüb, respondentlərdən yalnız 16 %-i onun dövlət başçısı kimi fəaliyyətini tam bəyəndiyini bildirib.

Amerika liderinin reytinqi ardıcıl üçüncü həftə aşağı düşməkdə davam edir. Baydenin reytinqinin aşağı düşməsi "Ipsos" və "Morning Consult" şirkətlərinin sorğuları nəticəsində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi