Trampın müşaviri ticarət danışıqları ilə bağlı Britaniyaya səfər edəcək

Trampın müşaviri ticarət danışıqları ilə bağlı Britaniyaya səfər edəcək Ağ Evin Milli İqtisadi Şurasının başçısı Lourens Kadlou 2020-ci ilin əvvəlində ticarət və iqtisadi məsələlər üzrə danışıqlar aparmaq üçün Böyük Britaniyaya səfər etmək niyyətindədir.
Digər ölkələr
17 Dekabr , 2019 06:40
Trampın müşaviri ticarət danışıqları ilə bağlı Britaniyaya səfər edəcək

Ağ Evin Milli İqtisadi Şurasının başçısı Lourens Kadlou 2020-ci ilin əvvəlində ticarət və iqtisadi məsələlər üzrə danışıqlar aparmaq üçün Böyük Britaniyaya səfər etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Kadlounun sözlərinə görə, ABŞ və Britaniyanın nümayəndələri "çox şeyləri, o cümlədən ticarət"i müzakirə etməyi planlaşdırırlar. O, əlavə edib ki, yaxın vaxtlarda ABŞ tərəfindən ticarət sazişi üzərində iş başlayacaq.

Agentliyin məlumatına görə, müşaviri səfərin gedişatında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Mett Pottinqer müşayiət edəcək.

Son xəbərlər

Orphus sistemi