ABŞ Prezidentinin müşaviri: "ABŞ Qaşıqçının qətlinin səs yazısının səudiyyəli şahzadənin təqsirkar olmasının göstəricisi hesab etmir"

ABŞ Prezidentinin müşaviri: "ABŞ Qaşıqçının qətlinin səs yazısının səudiyyəli şahzadənin təqsirkar olmasının göstəricisi hesab etmir" Bakı. 13 noyabr. REPORT.AZ/ ABŞ hökuməti jurnalist Camal Qaşıqçının qətlinin səs yazısının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudun bu cinayətdə təqsirkar olmasının göstəricisi olduğunu hesab etmir.
Digər ölkələr
13 Noyabr , 2018 16:22
ABŞ Prezidentinin müşaviri: ABŞ Qaşıqçının qətlinin səs yazısının səudiyyəli şahzadənin təqsirkar olmasının göstəricisi hesab etmir

Bakı. 13 noyabr. REPORT.AZ/ ABŞ hökuməti jurnalist Camal Qaşıqçının qətlinin səs yazısının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudun bu cinayətdə təqsirkar olmasının göstəricisi olduğunu hesab etmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ASEAN sammitinə qatılmaq üçün gəldiyi Sinqapurda jurnalistlərlə söhbətində bildirib.

C.Bolton Türkiyə hökumətinin təqdim etdiyi bu səs yazısına şəxsən qulaq asmadığını, amma bunun səudiyyəli şahzadənin günahkar olduğunu göstərmədiyini qeyd edib.

"Düşünmürəm ki, bunu dinləyən insanlar belə nəticəyə gəliblər. Üstəlik, bu, qətiyyən Səudiyyə Ərəbistanı hökumətinin mövqeyi deyil", - C.Bolton deyib.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan C.Qaşıqçının öldürülməsi zamanı qeydə alınmış səs yazısını ABŞ, Böyük Britaniya, Kanada, Almaniya və Fransanın liderlərinə dinlətdiklərini bildirib.

Qeyd edək ki, "Washington Post" qəzetinin əməkdaşı Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülübOnun meyiti hələ də aşkarlanmayıb

Son xəbərlər

Orphus sistemi