ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri istefa verib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri istefa verib O, Donald Trampı Rusiya səfiri ilə sanksiyalara dair apardığı müzakirə barədə düzgün məlumatlandırmadığını etiraf edib
Digər ölkələr
131
14 Fevral , 2017 09:41
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri istefa verib

Bakı. 14 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn istefa verib.

“Report” BBC-yə istinadən xəbər verir ki, onun istefasına səbəb ötən ilin dekabrında Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib.

İnformasiyaya əsasən, bir müddət əvvəl o, Ağ ev administrasiyasını düzgün məlumatlandırmadığı üçün vitse-prezident Mayk Pensdən üzr istəyib.

ABŞ prezidentinin müşaviri Kellian Konuey MSNBC telekanalına müsahibəsində isə Donaldın Flinnə sözün əsl mənasında inandığını bildirmişdi.

Flinn istefa ərizəsində prezident Trampın andiçmə mərasimi ərəfəsində Rusiya səfiri ilə telefon danışığı barəsində vitse-prezindent və başqa rəsmilərə ehtiyatsızlıq edərək, tam məlumat vermədiyini yazıb.

ABŞ KİV-i bir müddət əvvəl bildirib ki, ştatların Ədliyyə Nazirliyi Ağ evə Flinn və Kislyakın təmasları ilə bağlı xəbərdarlıq edib. Nazirliyin qənaətincə, Flinn Rusiya tərəfindən şantaj üçün hədəf ola bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Flinn ilə Kislyakın sanksiyaların aradan qaldırılmasına dair müzakirə aparmadıqlarını bildirmişdi.

Flinnlə Kislyak arasında telefon danışığı dekabrın 29-da ABŞ-ın o vaxtkı prezidenti Barak Obamanın Rusiyaya qarşı yeni sanksiya tətbiq etdiyi vaxt olub. 

Son xəbərlər

Orphus sistemi