ABŞ prezidenti yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq

ABŞ prezidenti yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq Sənəd dörd əsas maddədən ibarət olacaq
Digər ölkələr
13 Dekabr , 2017 10:26
ABŞ prezidenti yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq
Report

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp dekabrın 18-də yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib.

Sənəd dörd əsas maddədən ibarət olacaq: amerikalıların müdafiəsi, ABŞ-ın rifahının gücləndirilməsi, "güc vasitəsilə sülhün qorunması" və Amerikanın təsirinin artırılması.

"Geosiyasət geri qayıdıb, özü də ikiqat güclə qayıdıb", - müşavir vurğulayıb.

Bu strategiyada həmçinin amerikalılara və onların maraqlarına təhlükələr müəyyən ediləcək. Belə təhlükələr sırasında Rusiya, Şimali Koreya və İranın qeyd ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi