ABŞ prezidenti xaricdə abortların maliyyələşdirilməsini ləğv edib

ABŞ prezidenti xaricdə abortların maliyyələşdirilməsini ləğv edib Obama 8 il əvvəl maliyyələşməyə qoyulan məhdudiyyəti aradan qaldırmışdı
Digər ölkələr
23 yanvar 2017 18:13
ABŞ prezidenti xaricdə abortların maliyyələşdirilməsini ləğv edib

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bazar ertəsi xaricdə abort etdirməyə imkan yaradan beynəlxalq təşkilatların federal büdcədən maliyyələşdirilməsinin ləğvi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Səkkiz il bundan öncə, yanvarın 23-də prezident vəzifələrinin icrasına başlayan Barak Obama xələfi kiçik Corc Buş tərəfindən bu təşkilatların maliyyələşdirilməsinə tətbiq edilən məhdudiyyəti ləğv etmişdi.

Obamanın prezidentliyi dövründə vəsait BMT-nin Əhali Sahəsində Fonduna köçürülürdü.

Son xəbərlər

Orphus sistemi