ABŞ prezidenti və birinci xanım qasırğadan əziyyət çəkən Texasa yola düşüblər

ABŞ prezidenti və birinci xanım qasırğadan əziyyət çəkən Texasa yola düşüblər Texas ştatının Hyuston şəhərində rekord miqdarda yağış yağıb, şəhərin yolları çaylara çevrilib
Digər ölkələr
29 Avqust , 2017 17:23
ABŞ prezidenti və birinci xanım qasırğadan əziyyət çəkən Texasa yola düşüblər
Nbc news

Bakı. 29 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp "Harvi" qasırğasından əziyyət çəkən Texas ştatına yola düşüblər. 

Bu barədə "Report" "NBC News"ə istinadən xəbər verir.

Otuz mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığı Texasda qarşıdakı günlərdə "Harvi" qasırğasının səbəb olduğu daşqınlar daha da artacaq. Leysan yağışlar üç gündür yağır və proqnozlara görə, yaxın zamanda yağış kəsməyəcək.

Texas ştatının Hyuston şəhərinə rekord miqdarda - 75 sm yağış düşüb, şəhərin yolları çaylara çevrilib.

Rəsmi məlumatlara görə, qasırğa nəticəsində azı 9 nəfər həlak olub.

Xatırladaq ki, Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan vətəndaşlarına fövqəladə vəziyyət elan edilən bölgələrə getməməyi tövsiyə edib və qaynar xətt açıb.

Son xəbərlər

Orphus sistemi