​ABŞ prezidenti Türkiyə ilə əməkdaşlığı olduqca mühüm adlandırıb

​ABŞ prezidenti Türkiyə ilə əməkdaşlığı olduqca mühüm adlandırıb "Bir sıra beynəlxalq və regional problemlər üzrə Türkiyə ilə qarşılıqlı əlaqələr mühüm əhəmiyyət kəsb edir"
Digər ölkələr
2 Aprel , 2016 04:40
​ABŞ prezidenti Türkiyə ilə əməkdaşlığı olduqca mühüm adlandırıb

Bakı. 2 aprel. REPORT.AZ/ Türkiyə ilə əməkdaşlıq fikir ayrılığına baxmayaraq, ABŞ üçün olduqca mühüm olaraq qalmaqdadır.

"Report" xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama nüvə təhlükəsizliyi sammitinin yekununda bildirib.

"Bütövlükdə bir sıra beynəlxalq və regional problemlər üzrə Türkiyə ilə qarşılıqlı əlaqələr ABŞ-ın digər tərəfdaşları ilə əməkdaşlığı kimi mühüm əhəmiyyət kəsb edir. Müəyyən fikir ayrılıqları olacaq və onlar olduğu zaman, biz bunu deyəcəyik. Mən, bunu etməyə çalışıram", - deyə Obama əlavə edib.

Son xəbərlər

Orphus sistemi