Bakı. 18 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Kubaya səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə "Euronews" Ağ Evdəki adı açıqlanmayan mənbəsinə istinadən məlumat verib.
Səfərin martın sonlarından gec olmayaraq baş tutacağı gözlənilir
Bu, ABŞ prezidentinin "azadlıq adası"na son 80 il ərzində ilk səfəri olacaq.
Xatırladaq ki, Kuba və ABŞ 1959-cu ildə münasibətlərini dondurub. 2015-ci il dekabrın 17-də isə Barak Obama Kuba ilə münasibətləri normallaşdırmaq üzrə kursa başlandığını açıqlayıb. Bir müddət sonra Vaşinqton və Havanada iki ölkənin səfirlikləri açılıb.