Yuxarı
    Bağlamaq

    ​ABŞ prezidenti Səudiyyə Ərəbistanındadır

    Barak Obama Suriya, İraq, Yəməndəki vəziyyəti, eləcə də İrandan ehtimal olunan təhlükəni müzakirə edəcək

    Bakı. 20 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obmanın Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayıb.

    "Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

    Məlumata görə, o, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud, Körfəz Əməkdaşlıq Şurasına daxil olan dövlətlərin başçıları ilə görüşəcək.

    ABŞ prezidenti onlarla Suriya, İraq, Yəməndəki vəziyyəti, eləcə də İrandan ehtimal olunan təhlükəni müzakirə edəcək.

    Qeyd edək ki, 6 günlük rəsmi səfər zamanı Barak Obama Səudiyyə Ərəbistanından sonra Britaniya və Almaniyaya yola düşəcək.

    Ağ Evin məlumatına görə, Londonda prezidentə xanımı Mişel Obama da qoşulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi