ABŞ prezidenti Putinin Rusiya qoşunlarını Suriyadan çıxarmaq qərarını alqışlayıb

ABŞ prezidenti Putinin Rusiya qoşunlarını Suriyadan çıxarmaq qərarını alqışlayıb Obama: "Suriya rejimi qüvvələrinin davam edən hücumları hərbi əməliyyatların dayandırılması haqqında razılaşmanın pozulması riskini yaradır"
Digər ölkələr
15 Mart , 2016 11:38
ABŞ prezidenti Putinin Rusiya qoşunlarını Suriyadan çıxarmaq qərarını alqışlayıb

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinin rus qoşunlarını qismən Suriyadan çıxarmaq qərarını alqışlayıb. "Report" Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə B.Obama V.Putin ilə telefon danışığı zamanı deyib.

"Prezident Obama atəşkəs rejiminin elan edilməsindən sonra zorakılığın miqyasının zəruri azaldılmasına müsbət yanaşıb. Amma eyni zamanda Suriya rejimi qüvvələrinin davam edən hücumlarının hərbi əməliyyatların dayandırılması haqqında razılaşmanın, eləcə də BMT bayrağı altında siyasi prosesin pozulması riski yaratdığını da bildirib", - Ağ Evin mətbuat xidmətindən bildirilib.

B.Obama yenidən Suriyada zorakılığa son qoymağa çağırış edib.

Son xəbərlər

Orphus sistemi