ABŞ Prezidenti Nikki Heylinin istefasına münasibət bildirib

ABŞ Prezidenti Nikki Heylinin istefasına münasibət bildirib Bakı. 9 oktyabr. REPORT.AZ/ Donald Tramp ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin istefasına münasibət bildirib.
Digər ölkələr
9 Oktyabr , 2018 19:41
ABŞ Prezidenti Nikki Heylinin istefasına münasibət bildirib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Donald Tramp ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin istefasına münasibət bildirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti N.Heylinin hələ 6 ay əvvəl vəzifədən gedəcəyi barədə ona məlumat verdiyini deyib. 

Onun sözlərinə görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi bu ilin sonunda istefaya gedəcək.

D.Tramp həmçinin N.Heylinin Ağ Evdə vəzifəyə təyin olunacağını istisna etməyib: “O, mükəmməl işləyirdi”.

Qeyd edək ki, N.Heyli 2017-ci il yanvarın 27-dən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi