ABŞ prezidenti müdafiə naziri postuna namizədinin adını açıqlayıb

ABŞ prezidenti müdafiə naziri postuna namizədinin adını açıqlayıb Eşton Karter 2009-2013-cü illərdə ABŞ müdafiə nazirinin müavini vəzifəsini icra edib
Digər ölkələr
5 Dekabr , 2014 20:36
ABŞ prezidenti müdafiə naziri postuna namizədinin adını açıqlayıb

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama müdafiə naziri postuna namizədin adını açıqlayıb. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, B.Obama bu vəzifəyə 2009-2013-cü illərdə ABŞ Müdafiə Nazirliyində (Pentaqon) nazir müavini vəzifəsini icra edən Eşton Karterin namizədliyini irəli sürüb. ABŞ prezidenti Ağ Evdə təşkil olunan mərasimdə E.Karteri illərdir tanıdığını, bir yerdə işlədiyini, onun mühakimələrinə və tövsiyələrinə inandığını, beynəlxalq aləmdə tanındığını, həm demokrat, həm də respublikaçı nazirlərlə birlikdə çalışdığını bildirib.

Qeyd edək ki, E.Karter həm Çak Heygel, həm də sələfi Leon Panetta ilə işləyib. O bundan əvvəl həm B.Obama, həm də keçmiş prezident Bill Klinton dövrlərində Pentaqonda müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, ötən həftə vəzifəsindən istefa verən Ç.Heygel yeni müdafiə nazirinin ABŞ Senatında təsdiqlənməsinədək postunda qalacağını açıqlayıb. Ancaq Ç.Heygel ənənəyə zidd olaraq bugünkü mərasimə qatılmayıb.

Son xəbərlər

Orphus sistemi