ABŞ Prezidenti Kramatorsk dəmiryolu vağzalına hücumu pisləyib

ABŞ Prezidenti Kramatorsk dəmiryolu vağzalına hücumu pisləyib ABŞ Prezidenti Co Bayden Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutulmasına münasibət bildirib.
Digər ölkələr
8 Aprel , 2022 22:37
ABŞ Prezidenti Kramatorsk dəmiryolu vağzalına hücumu pisləyib
Cozef Bayden

ABŞ Prezidenti Co Bayden Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutulmasına münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə Amerika lideri tviterdə yazıb.

Bayden Kramatorsk dəmiryolu vağzalına hücumu pisləyib:

“Ukrayna dəmir yolu vağzalına hücum Rusiyanın törətdiyi daha bir dəhşətli vəhşilikdir, təhlükəsiz yerə çatmağa çalışan mülki şəxsləri vurur. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyanın hərəkətlərini sənədləşdirmək və onları məsuliyyətə cəlb etməklə bu hücumu araşdırmaq səylərini dəstəkləyəcəyik”.

Qeyd edək ki, Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 50 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi