ABŞ Prezidenti illik müraciətini fevralın 5-də edəcək

ABŞ Prezidenti illik müraciətini fevralın 5-də edəcək Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Konqresə illik müraciətini fevralın 5-də edəcək.
Digər ölkələr
29 yanvar 2019 07:43
ABŞ Prezidenti illik müraciətini fevralın 5-də edəcək
Reuters

Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Konqresə illik müraciətini fevralın 5-də edəcək.

Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.

Ağ ev Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin məhz göstərilən tarixin təklif edildiyi məktubuna cavab verib.

ABŞ Prezidenti illik müraciətində ölkədəki vəziyyəti qiymətləndirir və qarşıdakı qanunvericilik təşəbbüslərini təsvir edir. Bir qayda olaraq, o, Konqresə yanvar ayında müraciət edir.

Qeyd etmək lazımdır ki, daha əvvəl N.Pelosi "şatdaun" vəziyyəti həll olunana qədər D.Trampın Konqresdə çıxış etməsinə icazə verməyib. Bundan sonra ABŞ Prezidenti bir aydan çox müddətdə işini dayandırmış federal hökumətin fəaliyyətini bərpa etməsinə razı olub. 

Son xəbərlər

Orphus sistemi