ABŞ prezidenti maaşlarını ölkənin ehtiyaclarına ianə etdiyini açıqlayıb

ABŞ prezidenti maaşlarını ölkənin ehtiyaclarına ianə etdiyini açıqlayıb ABŞ prezidenti Donald Tramp elan edib ki, bu vəzifədə lap əvvəldən illik maaşını ABŞ-ın ehtiyaclarına ödəyib.
Digər ölkələr
25 May , 2020 08:44
ABŞ prezidenti maaşlarını ölkənin ehtiyaclarına ianə etdiyini açıqlayıb
0 : 00
0 : 00

ABŞ prezidenti Donald Tramp elan edib ki, bu vəzifədə lap əvvəldən illik maaşını ABŞ-ın ehtiyaclarına ödəyib.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısı özünün sosial şəbəkədəki səhifəsində bildirib.

"Mən lap əvvəldən özümün bütün illik maaşımı 400 min ABŞ dollarından 450 min ABŞ dollarına qədər bizim hökumətimizə verirdim. Son yardım qəbzini ABŞ-ın Səhiyyə Nazirliyinə COVID-19-la mübarizə üçün verdim. Bu, mənim üçün böyük şərəfdir", - Tramp "Twitter"dəki hesabında yazıb.

Daha əvvəl brifinqin gedişatında Ağ Evin mətbuat katibi Keyli Makinani Trampın prezident maaşından 100 min ABŞ dollarını koronavirusun müalicəsi və profilaktikası üçün dərmanların hazırlanması məqsədilə Birləşmiş Ştatların Səhiyyə Nazirliyinin hesabına keçirməsinə dair qəbzi nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi