ABŞ Prezidenti ilə Yaponiyanın Baş naziri görüşəcək

ABŞ Prezidenti ilə Yaponiyanın Baş naziri görüşəcək ABŞ Prezidenti Cozef Baydenlə Yaponiyanın Baş naziri Fumio Kisida arasında yanvarın 21-də ilk dəfə onlayn formatında görüşü olacaq.
Digər ölkələr
21 Yanvar , 2022 12:20
ABŞ Prezidenti ilə Yaponiyanın Baş naziri görüşəcək

ABŞ Prezidenti Cozef Baydenlə Yaponiyanın Baş naziri Fumio Kisida arasında yanvarın 21-də onlayn formatda görüş olacaq.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bu, C.Baydenlə F.Kisidanın hakimiyyətə gəlmələrindən sonra ilk danışıqları olacaq.

İki ölkənin liderləri Çinin hərbi gücünü artırmasını, Şimali Koreyanın nüvə proqramını, Şərqi Avropada koronavirus pandemiyası böhranının dərinləşməsini müzakirə edəcəklər.

Qeyd edək ki, Fumio Kisida 2021-ci il oktyabrın 4-də Baş nazir seçilib.

Son xəbərlər

Orphus sistemi