Yuxarı

ABŞ prezidenti İŞİD-ə qarşı mübarizə ilə bağlı müşavirə keçirir

İclasın ardından Barak Obamanın xalqa televiziya ilə müraciət edəcəyi gözlənilir

Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ-da prezident Barak Obamanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, İŞİD terrorçu qruplaşmasına qarşı mübarizəyə həsr olunmuş müşavirə bu dəfə Ağ Evdə yox Pentaqonda keçirilir.

ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Müdafiə naziri Eşton Karterin də iştirak etdiyi iclasın ardından Barak Obamanın xalqa televiziya ilə müraciət edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi