Yuxarı
    Bağlamaq

    ABŞ prezidenti gələn həftə yeni miqrasiya fərmanı imzalayacaq

    Əvvəlki fərmanın icrası Appelyasiya məhkəməsinin qərarı ilə dayandırılıb

    Bakı. 17 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp gələn həftə ölkənin müdafiəsinə yönəlmiş yeni miqrasiya fərmanı imzalayacağını bildirib.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.

    "Biz gələn həftə xalqımızı müdafiə edəcək yeni bütöv fərman imzalayacağıq", - deyə Tramp qeyd edib.

    Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən yeddi ölkə vətəndaşının ABŞ-a girişini müvəqqəti olaraq qadağan edən əvvəlki miqrasiya fərmanının icrası məhkəmənin qərarı ilə dayandırılıb.

    Tramp ötən həftə öz administrasiyasının ölkənin milli təhlükəsizliyini müdafiə etmək məqsədi ilə yeni tədbirlər hazırladığını bildirmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi