ABŞ prezidenti Fələstin liderini Vaşinqtona dəvət edib

ABŞ prezidenti Fələstin liderini Vaşinqtona dəvət edib Cümə günü Tramp və Abbas arasında ilk telefon danışığı olub
Digər ölkələr
10 Mart , 2017 23:34
ABŞ prezidenti Fələstin liderini Vaşinqtona dəvət edib

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp cümə günü Fələstin Milli Muxtariyyətinin lideri Mahmud Abbas ilə ilk telefon söhbəti zamanı onu yaxın vaxtlarda Vaşinqtona dəvət edib.

"Report" xəbər verir ki, bu barədə Fələstin liderinin nümayəndəsi Qabil Əbu Rudeynə istinadən "Reuters" məlumat yayıb.

Tramp bunadək Yaxın Şərq probleminin həllində maraqlı olduğunu söyləyib. O, Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlarda münaqişənin BMT qətnamələrində nəzərdə tutulduğu kimi iki – yəhudi və ərəb dövlətinin yaradılması deyil, yalnız bir dövlətin təşəkkül tapması yolu ilə də həll oluna biləcəyini mümkün hesab edib.

Son xəbərlər

Orphus sistemi