Yuxarı
    Bağlamaq

    ​ABŞ prezidenti Fələstin dövlətinin yaradılmasını dəstəkləyib

    Bu, regionda stabilik üçün yeganə yoldur

    Bakı. 25 mart. REPORT.AZ/ "Fələstin dövlətinin yaradılması İsrail regionunda stabilliyin əldə olunması üçün yeganə yoldur".

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama bildirib.

    "Birləşmiş Ştatlar inanır ki, iki dövlətin yaradılması regionda stabilliyin əldə olunması üçün ən yaxşı yoldur", - deyə Obama qeyd edib.

    Bundan əlavə, Amerika prezidenti əlavə edib ki, İsrailin baş naziri Binyamin Netanyahunun bu məsələyə yanaşması başqa cürdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi