ABŞ prezidenti Donald Trampın impiçmenti prosesi başlayıb - YENİLƏNİB - VİDEO

ABŞ prezidenti Donald Trampın impiçmenti prosesi başlayıb - YENİLƏNİB - VİDEO ABŞ prezidenti Donald Trampın impiçmenti prosesi başlanılıb.
Digər ölkələr
17 Yanvar , 2020 01:10
ABŞ prezidenti Donald Trampın impiçmenti prosesi başlayıb - YENİLƏNİB - VİDEO

ABŞ prezidenti Donald Trampın impiçmenti prosesi başlanılıb.

“Report” xəbər verir ki, artıq ölkənin Ali Məhkəməsinin sədri Con Roberts və senatorlar prezident Donald Trampın impiçmenti prosesinin başlanması üçün and içiblər.

Bununla da Nümayəndələr Palatasının prezidentin əleyhinə irəli sürdüyü ittihamların araşdırılması prosesinə start verilir.

Qeyd olunub ki, senatorlar andlılar, konqresmenlər qrupu ittihamçılar, C. Roberts isə hakim qismində iştirak edəcək. Yekun qərarı senatorlar verəcəklər.


***22:23 - 16.01. 2020

ABŞ Senatı ABŞ prezidenti Donald Trampın impiçmenti ittiham aktını rəsmi olaraq qəbul edib.

“Report” “The Hill” nəşrinə istinadən xəbər verir ki, Nümayəndələr Palatasının üzvləri Tramp əleyhinə ittiham maddəsini senatorlara təqdim edəcəklər.

Bundan başqa senatorların məhkəmə iclasçıları rolunu oynayacağı Senatda işə baxacaq Ali Məhkəmənin başçısı da and içəcək.

Xatırladaq ki, Nümayəndələr Palatası çərşənbə günü Trampın impiçmenti haqqında işin Senata göndərilməsinə səs verib.

Son xəbərlər

Orphus sistemi