Bakı. 22 Aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama cümə axşamı Böyük Britaniyaya səfər edib.
“Report” xəbər verir ki, Obamanın kraliça II Yelizaveta v baş nazir Devid Kemeronla görüşü planlaşdırılır.
Baş nazirlə danışıqlar zamanı əsas müzakirə mövzusu İŞİD terror təşkilatı ilə mübarizə, Əfqanıstanda birgə fəaliyyət, Rusiyanın Ukraynaya təcavüzünə qarşı cavab tədbirləri və iqtisadi məsələlər olacaq.
Lakin gözlənilir ki, Britaniya üçün ən mühüm müzakirə iyunun 23-də ölkənin Avropa İttifaqındakı üzvlüyünə dair keçiriləcək referendum olacaq.