ABŞ prezidenti: "Birləşmiş Ştatlar "Taliban"ı məhv etmək iqtidarında deyil"

ABŞ prezidenti: "Birləşmiş Ştatlar "Taliban"ı məhv etmək iqtidarında deyil" "Müharibə 30 ildən çoxdur ki, Əfqanıstanda həyatın bir hissəsinə çevrilib"
Digər ölkələr
7 Dekabr , 2016 03:16
ABŞ prezidenti: Birləşmiş Ştatlar Talibanı məhv etmək iqtidarında deyil

Bakı. 7 dekabr. REPORT.AZ/ "ABŞ "Taliban" radikal hərəkatını məhv etmək və ya Əfqanıstanda on illərdir davam edən zorakılığa son qoymaq iqtidarında deyil".

"Report" xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama çərşənbə axşamı Amerika Hərbi Hava Qüvvələrinin Florida ştatında yerləşən Makdil bazasında çıxışı zamanı etiraf edib.

"Müharibə 30 ildən çoxdur ki, Əfqanıstanda həyatın bir hissəsinə çevrilib. ABŞ "Taliban"ı məhv edə və ya bu ölkədə zorakılığa son qoya bilmir. Lakin biz onu edə bilərik ki, "Əl-Qaidə"nin burada təhlükəsiz sığınacaq əldə etməsinə imkan verməyək və daha layiqli gələcək istəyən əfqanları dəstəkləyək", - deyə Amerika lideri bildirib.

Onun sözlərinə görə, hazırda Əfqanıstanda 10 minə yaxın Amerika əsgəri və zabiti var. Onlar Əfqanıstanın təqribən 320 min hərbçi və təhlükəsizlik xidməti əməkdaşına dəstək verir.

Son xəbərlər

Orphus sistemi