Bakı. 28 fevral. REPORT.AZ/ "Respublikaçılara qarşı yönəlmiş etiraz aksiyalarının təşkilinin və mediaya Ağ evi gözdən salan məlumatların sızdırılmasının arxasında ABŞ-ın sabiq prezidenti Barak Obama və onun komandasından olan insanlar dayana bilər".
"Report" xəbər verir ki, bunu ABŞ prezident Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
"Məncə, bunun arxasında Obama dayanıb. Çünki bu işlərlə yəqin ki, onun komandasının üzvləri məşğul olurlar. Sızan bəzi məlumatların da onların əməlləri ilə əlaqəli olduğunu düşünürəm. Bu, milli təhlükəsizlik baxımından çox pisdir", - deyə D.Tramp vurğulayıb.
Onun sözlərinə görə, bu siyasətdir: "Heç vaxt pərdə arxasında nələrin baş verdiyini dəqiq bilmək olmur".