​ABŞ prezidenti Almaniyaya səfər edib

​ABŞ prezidenti Almaniyaya səfər edib Obama AFR-ə dünya turu çərçivəsində gedib
Digər ölkələr
24 Aprel , 2016 14:33
​ABŞ prezidenti Almaniyaya səfər edib

Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Almaniyaya işgüzar səfərə gedib.

"Report" xəbər verir ki, Obama bu gün Almaniya kansleri Angela Merkel ilə birgə sənaye yarmarkasının açılışında iştirak edəcək.

Hannover texnologiya və sənaye investisiyaları yarmarkası dünyada ən böyük hesab olunur. Bu il tədbirin tərəfdaş ölkəsi ABŞ-dır.

Obama Almaniyaya dünya turu çərçivəsində səfər edib. O bundan öncə Səudiyyə Ərəbistanı və Böyük Britaniyada krallıqlarında olub.

Son xəbərlər

Orphus sistemi