ABŞ prezidenti ailəsi ilə bərabər qış tətilinə çıxıb

ABŞ prezidenti ailəsi ilə bərabər qış tətilinə çıxıb Prezident istirahətini qolf oynamaq, dostları ilə vaxt keçirməklə davam etdirəcək
Digər ölkələr
20 Dekabr , 2014 21:40
ABŞ prezidenti ailəsi ilə bərabər qış tətilinə çıxıb
Bakı. 20 dekabr. REPORT.AZ/ABŞ prezidenti ailəsi ilə bərabər qış tətilinə çıxıb.

"Report" Amerikanın Səsi-nə istinadən xəbər verir ki,Barak və Mişel Obamalar iki qızları ilə bərabər prezidentin doğulduğu Havay adalarına səfər edib. Barri kimi tanınan Obama uşaqlığının çox hissəsini Havayda keçirib.

Prezident istirahətini qolf oynamaq, dostları ilə vaxt keçirməklə davam etdirəcək.

Barak və Mişel Obamalar adəti üzrə Honolulu restoranlarında görünəcək.

Prezident ailəsi Kailua sahilindəki evlərində qalacaq.

Yanvarın 4-də Vaşinqtona qayıdanadək prezident ictimai tədbirlərə qatılmayacaq.

Son xəbərlər

Orphus sistemi