Yuxarı

​ABŞ prezidenti Ağ evdə iftar verib

Barak Obama: Bu cəsarətinə görə Samanta Alufu təbrik edirəm

Bakı. 23 iyun. REPORT.AZ/ "İstənilən dini və etnik qrupun əleyhinə nifrət yayan əməllərə qarşıyıq".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ağ evdə ölkədədki müsəlman icmasının təmsilçilərinə iftar verən ABŞ prezidenti Barak Obama bildirib.

Məlumata görə, Ağ evin indiki yiyəsinin ənənəvi iftar yeməyində müsəlman icmalarının nümayəndələri ilə yanaşı Konqresin müsəlman üzvləri - Andre Karson, Kit Ellison, başı örtülü olduğu üçün "Abercrombie&Fitch" geyim mağazasında işə götürülməyən müsəlman gənc qız Samanta Eluf, Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç da iştirak ediblər.

B.Obama orucluğun müsəlmanlar üçün önəmindən danışıb. O, bu ilin əvvəlində qəddarcasına öldürülən 3 müsəlman gəncin faciəsinin ətrafına bütün dinlərdən olan amerikalıların toplandığını vurğulayıb.

"Məlumatsızlıq və xurafatın öhdəsindən birlikdə gələ bilərik" - deyən ABŞ prezidenti Samanta Elufla bağlı hadisəyə toxunub. O, bildirib ki, başı örtülü olduğu üçün "Abercrombie&Fitch " geyim mağazasında işə götürülməyən bu gənc müsəlman xanım Ali Məhkəməyə müraciət edib və onun haqlı olduğu haqda qərar çıxarılıb: "Mən bu cəsarətinə görə, Samanta Alufu təbrik edirəm. Siz məhkəməyədək getdiniz. Sizin yaşınızda olanda bunu edə bilməzdim. Bu məhkəmə işini Samanta qazandı. Biz sizinlə fəxr edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi