ABŞ prezidenti 73 nəfəri əfv edib

ABŞ prezidenti 73 nəfəri əfv edib Əfv edilənlər arasında Donald Trampın keçmiş köməkçisi Stven Bennonda var
Digər ölkələr
20 Yanvar , 2021 11:00
ABŞ prezidenti 73 nəfəri əfv edib
Donald Tramp

ABŞ prezidenti Donald Tramp 73 nəfəri əfv etdiyini, daha 70 nəfərin cəzasını yüngülləşdirdiyini elan edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, əfv edilənlər arasında D.Trampın keçmiş köməkçisi Stven Bennon da var.

O, Meksika ilə sərhəddə divar tikintisinin vəsaitinin 3 nəfərlə əlbir olaraq mənimsəməkdə ittiham olunub. Məlumata görə, bu məqsədlə 25 milyon ABŞ dolları məbləğində toplanan maliyyə vəsaitinin yüz minlərlə dolları Bennon və dostlarının şəxsi işləri üçün xərclənib. O, 2017-ci ilin yanvarından avqustunadək D.Trampın siyasi və strateji məsələlər üzrə baş məsləhətçisi, habelə seçkiqabağı kampaniyasına başçılıq edənlərdən olub.

Son xəbərlər

Orphus sistemi