ABŞ prezident seçkilərində “super çərşənbə axşamı”nın əhəmiyyəti

ABŞ prezident seçkilərində “super çərşənbə axşamı”nın əhəmiyyəti Martın 3-dən ABŞ prezidenti seçkiləri yeni mərhələsinə qədəm qoyur. Fevral ayında namizədlər növbə ilə dörd kiçik ştatda yarışdıqdan sonra ondan çox ştatın hərəsi öz namizədinə səs verəcək.
Digər ölkələr
3 Mart , 2020 13:40
ABŞ prezident seçkilərində “super çərşənbə axşamı”nın əhəmiyyəti
KEPR

Martın 3-dən ABŞ prezidenti seçkiləri yeni mərhələsinə qədəm qoyur. Fevral ayında namizədlər növbə ilə dörd kiçik ştatda yarışdıqdan sonra ondan çox ştatın hərəsi öz namizədinə səs verəcək.

“Report” “Share America”ya istinadən xəbər verir ki, qarşıdakı mərhələdə həm Respublikaçılar, həm də Demokratlar partiyası bu il noyabrın 3-də keçiriləcək seçkidə vahid namizədini müəyyənləşdirməyə bir az da yaxınlaşacaq. Mövcud Prezident Donald Tramp yenidən namizədliyini irəli sürdüyünə görə bəzi ştatlar respublikaçı namizədlərin yarışını keçirməkdən imtina edib. Demokratlar Partiyasının isə namizədi adı uğrunda altı nəfər mübarizə aparır. Digər partiyalardan olan və müstəqil namizədlər üçün seçki bületenlərinə yazdırılmağın başqa qaydaları var.

ABŞ siyasi ənənəsində martın 3-nə “super çərşənbə axşamı” deyirlər. Bu yarışda Sakit okeandakı Amerika Samoası seçiciləri, həmçinin xaricdə yaşayan demokratlar da iştirak edə bilərlər. Yarış iştirakçıları üçün iyul ayında Demokratlar Partiyasının Miluokidə keçiriləcək və əsas namizədi müəyyənləşdirəcək ümumi qurultayının nümayəndələrindən mümkün qədər çox hissəsinin dəstəyini qazanmaq böyük əhəmiyyət daşıyır.

Report
Report

Belə ki, bu gün qurultay nümayəndələrinin üçdə birindən çox hissəsinin səslərini kimə verəcəkləri həll olunur. Bundan əvvəl isə nümayəndələrinin kiçik hissəsi olan 155 nəfər səs verəcəkləri namizəd barədə qərara gəliblər.

“Bu, namizədlərin ilk ciddi sınağı, ümummilli yarışa hazır olub-olmamalarının yoxlanışıdır, ölkədə ayrı-ayrı namizədlərin nə qədər dəstəklənməsini aydınlaşdıracaq”, – Arizona Universitetinin professoru, “The Imperfect Primery” (qüsurlu praymari) kitabının müəllifi Barbara Norrander qeyd edib.

Ona görə də vahid namizədin müəyyənləşdirilməsi üçün bir aydan artıq davam edən yarış çərçivəsində ştatların çoxu praymariləri (ilkin seçkiləri) bir gün ərzində keçirmək qərarına gəliblər. Partiya liderləri yarış üçün fevral ayında seçki keçirmək icazəsi alan Ayova, Nyu Hampşir, Nevada, Cənubi Karolina ştatlarını seçiblər. 3 mart isə qalan ştatların da səs verə biləcəyi ilk gündür.

Demokratlar Partiyasının ilkin seçki yarışında qazanılmış səslər mütənasib bölüşdürülür. Yəni bu və ya başqa ştatda səslərin azı 15 faizini qazanmış namizəd həmin ştat nümayəndələrinin dəstəyinə bel bağlaya bilər. B.Norranderin fikrincə “super çərşənbə axşamı”ndan sonra namizədlər müvəffəqiyyət qazanmaq ehtimalının harada olduğunu daha dəqiq təyin edə bilirlər.

Politico
Politico

Beləliklə, “super çərşənbə axşamı” seçki yarışına yeni təkan verərək diqqətləri yenidən bu hadisəyə cəlb edir, yarış qalibləri üçün vəsait toplamaq üçün daha geniş imkanlar açır. Fevral ayında diqqətini cəmi dörd ştata cəmləşdirən namizədlər bundan belə ölkə miqyasında şanslarını dəyərləndirə biləcəklər. Virciniya Universiteti Vays Kolecinin professoru Heter Evansın fikrincə, namizədlərin ən müxtəlif demoqrafik təbəqələrdən olan, həmçinin “yellənən”, yəni tərəddüd edən ştatlardakı seçicilər arasında dəstək alıb-almayacaqları aydınlaşacaq. Belə ştatlarda qalib gələn namizəd ənənəyə görə seçicilərin hamısının səsini əldə edir.

Qeyd edək ki, 2008-ci və 2016-cı illərdən fərqli olaraq bu dəfə Demokratlar Partiyası seçicilərə daha geniş seçim imkanı təqdim edib. Ona görə də bu il üst-üstə düşdüyü “od çərşənbəsi” ilə mahiyyətcə də bənzər tərəfləri olan “superçərşənbə”dən sonra qələbə ehtimalının az olduğu ortaya çıxan namizədlər yarışdan çəkilə bilər. Professor B.Norrander bununla bağlı deyib: “Onlar arxada qalan körpüləri yandırmaq istəməyib yarışda qalan namizədlərin xeyrinə koalisiya yaratmaqda partiyaya kömək edə bilərlər”.

Son xəbərlər

Orphus sistemi