Yuxarı
    Bağlamaq

    ABŞ Polşaya daha minə yaxın hərbçi göndərir

    Birləşmiş Ştatlar NATO-nun şərq cinahını gücləndirməyi planlaşdırır

    Bakı. 19 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlar aprel ayında Polşanın şimal-şərqinə daha minə yaxın hərbçi göndərəcək.

    "Report" xəbər verir ki, bu barədə Amerikanın Avropadakı qoşunlarının Almaniyanın Visbaden şəhərində yerləşən Baş Qərargahı öz "Twitter" mikrobloqunda məlumat yayıb.

    "ABŞ bundan sonra da NATO-nun şərq cinahını gücləndirməyi planlaşdırır. 2017-ci ilin aprelində Polşanın Ojiş şəhərinə hərbi texnika ilə yanaşı təqribən min Amerika hərbçisi göndəriləcək", – deyə məlumatda bildirilir.

    Qeyd olunur ki, Amerika qoşunları Polşaya Almaniya və Çexiya ərazisindən keçməklə gedəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi