ABŞ polisi cinayətkar dəstələrin 1378 üzvünü həbs edib

ABŞ polisi cinayətkar dəstələrin 1378 üzvünü həbs edib Həbs edilənlərin 900 nəfərdən çoxu ABŞ vətəndaşlarıdır
Digər ölkələr
13 May , 2017 05:04
ABŞ polisi cinayətkar dəstələrin 1378 üzvünü həbs edib
Courtesy İmage

Bakı. 13 may. REPORT.AZ/ ABŞ-ın İmmiqrasiya və Gömrük polisi (İCE) son 6 həftə ərzində cinayətkar dəstələrə qarşı keçirdiyi irimiqyaslı əməliyyat çərçivəsində 1378 nəfəri həbs edib.

"Report"un məlumatına görə, bu barədə "BBC" xəbər verib.

Məlumata görə, 1095 nəfər cinayətkar qruplaşmanın üzvü kimi tanınıb. Daha 238 nəfər müxtəlif cinayət və administrativ işlərə görə həbs edilib.

Həbs edilənlərin 900 nəfərdən çoxu ABŞ vətəndaşlarıdır. Polis əməkdaşları həmçinin 238 ədəd silah və qiyməti demək olar, yarım milyon dollara yaxın olan 270 kiloqrama qədər narkotik götürüblər.

İlkin məlumata görə, həbs edilənlər Los-Anceles, həmçinin Salvador və Meksikanın bir neçə cinayətkar dəstəsinin üzvləri olub. 

Son xəbərlər

Orphus sistemi