ABŞ polisi Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib

ABŞ polisi Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib ​ABŞ polisi Ərdoğanın mühafizəçilərinin həbsinə order verib
Digər ölkələr
15 İyun , 2017 23:30
ABŞ polisi Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib
Foto: AP

Bakı. 15 iyun. REPORT.AZ/ Vaşinqton polisinin rəhbəri Piter Nyuzem və mer Myurel Bouzer keçirdikləri birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika paytaxtındakı qarşıdurmada iştirak etmiş mühafizəçilərinin həbsinə order verdiklərini bildiriblər.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Ərdoğanın axtarışa verilən mühafizəçilərinin sayı 9 nəfərdir. Onlardan üçü türk polisinin zabiti, daha ikisi isə Kanada vətəndaşlarıdır. Polis şefi axtarışa verilənləri ABŞ-a gəlməyə və qanun qarşısında cavab verməyə çağırıb.  

"Biz etirazçılara qarşı münasibətdə zorakılığı hamımız gördük. Biz buna dözməyəcəyik. Onlar (Ərdoğanın mühafizəçiləri – "Report") bura – ABŞ-a gəlməli və ittihamlara cavab verməlidir" – deyə Nyuzem bildirib.

Qeyd edək ki, Ərdoğanın ABŞ-a səfəri zamanı Türkiyənin Vaşinqtondakı səfirliyinin iqamətgahı yaxınlığında etirazçılarla prezidentin mühafizəçiləri arasında qarşıdurma olub. Buna səbəb ABŞ hakimiyyətinin təhlükəsizlik tədbirlərini həyata keçirməməsi olub.  

Son xəbərlər

Orphus sistemi