Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ-ın paytaxtı Vaşinqton şəhərində 500-dək insan Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçilməsinə etiraz əlaməti olaraq aksiya keçirir.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, onlar bir neçə polis maşınının və motosiklinin müşayiəti ilə Ağ Evə doğru hərəkət edirlər.
Aksiyaçıların hərəkəti ilə əlaqədar olaraq ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Etirazçılar "Trampsız, Ku-kluks-kançılarsız və faşistlərsiz ABŞ", həmçinin "Tramp mənim prezidentim deyil" şüarlarını səsləndirir, "səkilərdən küçələrə düşün" – deyərək başqalarını da onlara qoşulmağa çağırırlar.
Etirazçılar həmçinin Seçicilər Kollegiyasının ləğvini də tələb edirlər.
Aksiyaçılar arasında xeyli sayda afroamerikalı və latınamerikalı şəxs var.

