ABŞ Pakistana təhlükəsizlik sahəsində yardımı dayandırıb

ABŞ Pakistana təhlükəsizlik sahəsində yardımı dayandırıb Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ Pakistana təhlükəsizlik məsələlərində yardımı dayandırıb.
Digər ölkələr
5 Yanvar , 2018 00:56
ABŞ Pakistana təhlükəsizlik sahəsində yardımı dayandırıb

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ Pakistana təhlükəsizlik məsələlərində yardımı dayandırıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.

"Bu gün biz təsdiq edə bilərik ki, Pakistana milli təhlükəsizlik sahəsində yardımı dayandırırıq, ancaq milli təhlükəsizlik sahəsində", - deyə o vurğulayıb.

Nauert qeyd edib ki, bu qərar Pakistan hakimiyyətinin terrorçuluqla mübarizədə kifayət etməyən tədbirlərinə cavabdır. "Pakistan daha çox qətiyyətli hərəkətlər etməlidir", - deyə o əlavə edib.

Daha əvvəl ABŞ mətbuatı Donald Tramp administrasiyasının Pakistana təhlükəsizlik sahəsində yardımın dayandırılması planını elan etməyə hazırlaşdığını xəbər verib.

Son xəbərlər

Orphus sistemi