ABŞ öz vətəndaşlarını Əfqanıstanı tərk etməyə çağırıb

ABŞ öz vətəndaşlarını Əfqanıstanı tərk etməyə çağırıb ABŞ-ın Əfqanıstandakı Səfirliyi ölkə vətəndaşlarına müraciət edib.
Digər ölkələr
12 Avqust , 2021 20:19
ABŞ öz vətəndaşlarını Əfqanıstanı tərk etməyə çağırıb

ABŞ-ın Əfqanıstandakı Səfirliyi ölkə vətəndaşlarına müraciət edib.

"Report" İnterfax-a istinadən xəbər verir ki, səfirlik mövcud uçuşlardan istifadə edərək Kabil və digər şəhərləri dərhal tərk etməyi tövsiyə edib.

"Təyyarə bileti ala bilmirsinizsə, vətənə qayıtmaq üçün ABŞ-ın Kabildəki Səfirliyi ilə əlaqə saxlayın", - Səfirliyin açıqlamasında bildirilir.

Son məlumatlara görə, "Taliban" ölkənin 3-cü böyük şəhəri olan Herat şəhərinə də nəzarəti əsasən təmin edib. Bundan əvvəl isə qruplaşmanın Qəndəharı ələ keçirdiyi deyilirdi. Hazırda ölkənin əksər bölgələrində "Taliban"la hökumət qüvvələri arasında güclü atışmalar gedir.

Qeyd edək ki, Əfqanıstanda son aylarda kənd və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən "Taliban"la hökumət qüvvələri arasında qarşıdurma bir neçə ildir davam edir. Vəziyyətin gərginləşməsi Amerika ordusunun Əfqanıstandan geri çəkilməsi fonunda baş verir.

Son xəbərlər

Orphus sistemi