Bakı. 12 iyun. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Çin, eləcə də Avropa İttifaqı (Aİ) ölkələri ilə bağlanmış ticarət sazişlərini fəlakət adlandırıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin rəhbəri ABC telekanalına müsahibəsində bildirib.
"Ticarət sazişlərimiz fəlakətdir. Başqa sözlə, Çin və Avropa İttifaqı ölkələri ilə olan sazişlər fəlakətdir. Keçən il bu sazişlərə görə 151 milyard dollar itirmişik", - prezident deyib.