Yuxarı

40 min hərbi qulluqçu ABŞ ordusundan ixtisar ediləcək

Bununla yanaşı Pentaqonda işləyən 17 min mülki şəxs də işini itirəcək.

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələrinin şəxsi heyyəti tərkibində 2017-ci ilədək 40 min nəfər azaldılacaq.

"Report"un İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, ixtisarlar həm ABŞ-ın daxilindəki hərbi birləşmələri həm də xaricdəki bazaları əhatə edəcək.

Bununla yanaşı Pentaqonda işləyən 17 min mülki şəxs də işini itirəcək.

Səbəb kimi, ABŞ-ın hərbi büdcəsinin tədricən azaldılması göstərilir. Beləliklə, Pentaqon 450 min hərbi qulluqçudan istifadə edə biləcək.

Qeyd edək ki, ABŞ hərbçilərinin maksimal sayı İraqla müharibə zamanı qeydə alınmışdı (570 min nəfər).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi