ABŞ ordusunda "TikTok"dan istifadəyə qadağa qoyulub

ABŞ ordusunda "TikTok"dan istifadəyə qadağa qoyulub ABŞ ordusunda TikTok tətbiqindən istifadəyə qadağa qoyulub.
Digər ölkələr
31 Dekabr , 2019 10:38
ABŞ ordusunda TikTokdan istifadəyə qadağa qoyulub

ABŞ ordusunda "TikTok" tətbiqindən istifadəyə qadağa qoyulub.

"Report" TASS-a istinadən xəbər verir ki, ABŞ hakimiyyəti bu tətbiq vasitəsilə istifadəçilərinin şəxsi məlumatlarının oğurlandığını düşünür.

"Bu ("TikTok" tətbiqi - red.), təhlükəsizlik üçün təhdid hesab olunur. Biz onun iş telefonlarında istifadəsinə icazə vermirik", - ABŞ ordusunun nümayəndəsi Robin Oçoa bildirib.

Qərar ABŞ Müdafiə Nazirliyi tərəfindən bu sosial şəbəkənin təhlükələri barədə dekabrın 16-da verdiyi xəbərdarlıqla əlaqədar qəbul edilib.

R.Oçoanın sözlərinə görə, hərbçilər şəxsi mobil cihazlarda tətbiqdən istifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi