​ABŞ ordusuna Ukrayna dilini bilən hərbçilər cəlb edilib

​ABŞ ordusuna Ukrayna dilini bilən hərbçilər cəlb edilib Vaşinqton bu şəkildə ukraynalılarla hərbi anlayış problemini həll etmiş olub
Digər ölkələr
11 Fevral , 2015 06:20
​ABŞ ordusuna Ukrayna dilini bilən hərbçilər cəlb edilib

Bakı. 11 fevral. REPORT.AZ/ 2014-cü ilin oktyabrından başlayaraq ABŞ ordusuna müqavilə ilə Ukrayna dilini bilən 100 yeni hərbçi qəbul olunub.

"Report" xəbər verir ki, bu məlumat Pentaqonun mətbuat xidməti tərəfindən TASS agentliyinə təsdiq edilib.

ABŞ bu şəkildə hərbçilərin ukraynalılarla əməkdaşlıq proqramlarının icrası zamanı yaranan anlayış problemini aradan qaldırmış olub.

Mətbuat xidmətindən bildirilib ki, Ukrayna dilini bilən hərbçilərin orduya qəbulu strateji tələbatdan irəli gəlməyib.

Qeyd olunur ki, həmin şəxslərdən ABŞ vətəndaşlığı tələb olunmayıb və onların arasında cinsiyyət fərqi qoyulmayıb.

Bundan əlavə, "The Washington Times" Pentaqonun mart ayında Ukrayna Milli Qvardiyasının 600 döyüşçüsünə təhsil vermək üçün bu ölkəyə qoşun göndərməyi planlaşdırdığını yazıb.

Son xəbərlər

Orphus sistemi