ABŞ on milyonlarla dolları ələ keçirən erməni qruplaşmasının üzvlərini axtarır

ABŞ on milyonlarla dolları ələ keçirən erməni qruplaşmasının üzvlərini axtarır ABŞ-ın Kaliforniya ştatında erməni mənşəli cütlük COVID-19 xəstələrinə yardım fondundan qanunsuz olaraq 20 milyon dollardan çox aldığına görə həbs cəzasına məhkum edilib, lakin hüquq-mühafizə orqanları əvvəlcə onları tuta bilməyib.
Digər ölkələr
18 Noyabr , 2021 02:00
ABŞ on milyonlarla dolları ələ keçirən erməni qruplaşmasının üzvlərini axtarır

ABŞ-ın Kaliforniya ştatında erməni mənşəli cütlük COVID-19 xəstələrinə yardım fondundan qanunsuz olaraq 20 milyon dollardan çox pul vəsaitini mənimsədiyinə görə həbs cəzasına məhkum edilib, lakin hüquq-mühafizə orqanları onları tuta bilməyib.

Bu barədə “Report” ABŞ-ın Ədliyyə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, 43 yaşlı Riçard Ayvazyan 17 il, həyat yoldaşı 37 yaşlı Marietta Terabelyan isə sui-qəsd, bank fırıldaqları və çirkli pulların yuyulmasında ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onların hər ikisi axtarışdadır, bu səbəbdən məhkəmə cinayətkarlara qiyabi hökm çıxarıb.

Hakim Stiven Uilson hökm oxunarkən Ayvazyanı "qanunlara hörmət etməyən, fırıldaqçılığı nailiyyət hesab edən amansız fırıldaqçı" kimi təsvir edib. Hakim Ayvazyanın qardaşı, 41 yaşlı Arturu da 5 il müddətinə azadlıqdan məhrum edib.

İyunun 25-də federal hakimlər heyəti Riçard Ayvazyan, Artur Ayvazyan və Terabelyanı bank və elektron fırıldaqçılığında təqsirli bilib.

Federal Təhqiqat Bürosu Riçard Ayvazyan və Terabelyan haqqında məlumat verənə 20 min ABŞ dolları mükafat vəd edir.

Məhkəmə işində həmçinin 46 yaşlı Manuk Qriqoryanın bank fırıldaqçılığı və daha bir ağır cinayəti təqsirli bilinib. Eləcə də 40 yaşlı Edvard Paronyan fırıldaqçılıq faktı üzrə təqsirli hesab edilir.

Cinayət işində həmçinin Artur Ayvazyan, Vahe Dadyan, Tamara Dadyan, Arman Hayrapetyanın da adları keçir.

Son xəbərlər

Orphus sistemi